MƏDƏNİYYƏT


Bəstəkar Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlər müşayiət edəcək. Konsertin solisti Əməkdar Artist Gülnaz İsmayılova (soprano) bəstəkarın əsərlərindən ibarət bir sıra kompozisiyalar səsləndirəcək.

Orkestrlərin bədii rəhbərləri və dirijorları Xalq artistləri Fəxrəddin Kərimov və Gülbacı İmanovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.