ELM VƏ TƏHSİL
Bəstəkar Eldar Dadaşovun yaradıcılığı rəngarəng və zəngindir
Bakı, 12 aprel, AZƏRTAC
Bəstəkar Eldar Dadaşovun yaradıcılığı rəngarəng və zəngindir. O, Azərbaycanda professional musiqinin və bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin ənənələrini qoruyub saxlayıb, görkəmli bəstəkarımız Cövdət Hacıyevin tələbəsi olub.
Bakı Xoreoqrafiya Akademiyasından (BXA) AZƏRTAC-a bildiriblər ki, bunu ali təhsil ocağının musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli “Azərbaycanın müasir fortepiano musiqisi: yaradıcılıq və ifaçılıq xüsusiyyətləri. Bəstəkar Eldar Dadaşovun əsərlərindən ibarət konsert-seminar”da deyib.
N.Rəhimbəyli kafedranın tarixi və fəaliyyəti haqqında qısa məlumat verib, müəllimlərin elm və sənət sahələrindəki uğurlarından danışıb. Qeyd olunub ki, BXA-da bu kafedraya təcrübəli və peşəkar musiqiçilər, musiqişünaslar və bəstəkarlar cəlb edilib.
Eldar Dadaşovla bağlı xatirələrini bölüşən Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov onun müasir bəstəkarlıq məktəbinin layıqli nümayəndələrindən biri olduğunu deyib.