MƏDƏNİYYƏT


Bəstəkar Həsənağa Adıgözəlzadənin 70 illiyinə həsr olunmuş tədbir keçiriləcək

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Həsənağa Adıgözəlzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək. Tədbirdə bəstəkarın həyat və yaradıcılığı ilə yanaşı, sənət fəaliyyətindən, musiqi mədəniyyəti tarixindəki xidmətlərindən danışılacaq.

Yubiley tədbiri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının konsert proqramları ilə davam edəcək.

Qeyd edək ki, bəstəkar 1946-cı il yanvarın 23-də anadan olub. H.Adıgözəlzadə bir sıra simfoniyalar, o cümlədən “Azərbaycan” və “Bursa” kantatası, xor və kamera-instrumental miniatürlər, nəfəsli alətlər üçün Kvintet və Süita, marşlar, mahnılar, romanslar müəllifi kimi tanınır. O, bir çox teatr tamaşalarına musiqi bəstələyib, xalq çalğı alətləri üçün əsərlər yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.