MƏDƏNİYYƏT


Bəstəkarlar İttifaqında “Oazis” simli kvartetinin konserti

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Azərbaycan Bəstəkarlar İttifaqında “Oazis” simli kvarteti konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsert ittifaqın təşkilatçılığı ilə, “Multikulturalizm ili” çərçivəsində keçirilib.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Cəlal Abbasov konsertin əhəmiyyətindən və simli kvartetin fəaliyyətindən danışıb.

Vurğulanıb ki, kvartet Bəstəkarlar İttifaqının təşəbbüsü ilə 2010-cu ildə yaradılıb. Cavad Tağızadənin rəhbərliyi ilə yaradılmış kvartet müxtəlif beynəlxalq tədbirlərdə uğurla iştirak edərək dünyanın tanınmış mütəxəssislərdən ustad dərsləri alıb. Musiqiçilər Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərlərini ustalıqla ifa edirlər.

Konsertdə Cavad Tağızadə (I violin), Samir Əsədov (II violin), Anar Əliyev (viola) və Əyyub Əliyevin (violonçel) ifasında Q.Qarayevin “Simli kvartet”i, B.Bartokun 2 violin üçün “Miniatürlər” və A. Rzayevin ”Simli kvartet” musiqi əsərləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.