MƏDƏNİYYƏT


Bəstəkarlar İttifaqında yeni kitabın təqdimatı olacaq

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 4-də Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar İncəsənət Xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) prorektoru Gülnaz Abdullazadəyə həsr edilmiş kitabın təqdimatı olacaq.

BMA-dan AZƏRTAC-a bildirilib ki, “На вершине науки – Гюльназ Абдуллазаде” (Elmin zirvəsində - Gülnaz Abdullazadə) adlı kitabın müəllifi Nuridə İsmayılzadədir.

Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin qatılacağı tədbir Bakı Musiqi Akademiyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.