MƏDƏNİYYƏT


“Bəxt üzüyü” filmi Özbəkistanın televiziya kanallarında nümayiş etdiriləcək

Daşkənd, 10 iyun, АZƏRTAC 

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə özbək dilinə dublyaj olunmuş “Bəxt üzüyü” bədii filmi bu ölkənin televiziya kanallarında nümayiş etdiriləcək. İlk nümayiş “Kinoteatr” kanalında olacaq.

Azərbaycanın Xalq Şairi Vaqif Səmədoğlunun ssenarisi əsasında çəkilmiş “Bəxt üzüyü” filmi Mədəniyyət Mərkəzimizin sifarişi ilə Daşkənddəki “Ramsel film” studiyasında dublyaj olunub. Film Özbəkistanın xalq və əməkdar artistləri tərəfindən səsləndirilib.

Ekran əsərini özbək dilinə tanınmış jurnalist Rüstəm Cabbarov tərcümə edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, “Arşın mal alan”, “Əhməd haradadır”, “Qaynana” filmlərimiz Özbəkistanda çox məşhurdur. Bu filmlər hələ sovet dövründə özbək dilinə dublyaj olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.