İQTİSADİYYAT


Bəxtiyar Aslanbəyli: BP və tərəfdaşları Azərbaycandakı sosial layihələrə 72 milyon dollar xərcləyib

Bakı, 2 iyun, Nihad Budaqov, AZƏRTAC

BP və onun tərəfdaşları indiyədək Azərbaycandakı sosial investisiya layihələrinə 72 milyon dollar vəsait xərcləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 2-də Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz-2017” beynəlxalq konfransında BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

BP-nin vitse-prezidenti bildirib ki, şirkət mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.