CƏMİYYƏT


Beyin qocalma prosesi ilə mübarizə apara bilər

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Qocalma prosesində koqnitiv funksiyalar zəifləyir.

AZƏRTAC “The Times of India” saytına istinadla xəbər verir ki, Almaniyanın Rur Universiteti mütəxəssislərinin apardığı tədqiqat beynin qocalma prosesinin qarşısını ala bilmək imkanını üzə çıxarıb. Tədqiqatçılar aşkar ediblər ki, yaşla əlaqədar olaraq insanın hadisələri kateqoriyaya ayırma bacarığı dəyişir.

Yaşlı adamlarda informasiyanı təsnif etmək, diqqəti bir məsələdən digərinə yönəltmək daha çətin olur. Lakin beyin bunu kompensasiya edir. Məlum olub ki, yaşlı insanlar cavanlardan fərqli olaraq incəliklərə daha çox diqqət yetirirlər. Eksperiment aparan alimlər könüllülərə müxtəlif rəngli dairələri iki qrupa ayırmağı məsləhət görüblər. Bəzi dairələr oxşar olub, yerdə qalanlar isə kəskin fərqlənib. Eksperiment prosesində əks əlaqə iştirakçılara dairənin hansı kateqoriyaya aid olmasını başa düşməkdə kömək edib. Tədqiqatçılar könüllülərin cavablarını qeydə alıb, habelə onların beyin fəallığını və gözlərinin hərəkətini izləyiblər.

Mütəxəssislər müşahidə ediblər ki, gənc və yaşlı iştirakçılar oxşar dairələri qruplar üzrə asanlıqla ayırıblar. Lakin böyük fərqə malik dairələr meydana çıxanda yaşlılar çətinlik çəkiblər. Beynin skan edilməsi göstərib ki, könüllü yaşlılar seçim zamanı gənclərdən fərqli olaraq incəliklərə daha çox diqqət ayırıblar. Eksperimentin nəticələri göz hərəkətlərinin təhlilindən sonra təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.