CƏMİYYƏT


Beyin silkələnməsinin diaqnostikası üçün yeni test hazırlanıb

Bakı, 27 dekabr, AZƏRTAC

ABŞ-ın Şimal-Qərb Universitetinin əməkdaşları insanda beyin silkələnməsinin olub-olmadığını 90 faiz dəqiqliklə müəyyən etməyin üsulunu tapıblar. Test zərərçəkənin beyninin səsə necə reaksiya verməsinin təhlili üzərində qurulub. Mütəxəssislər pasiyentin başına bərkidilən vericilər vasitəsilə beynin səs siqnallarına reaksiyasını təhlil ediblər. Onların sözlərinə görə, test sayəsində uşaqlarda beyin silkələnməsinin mövcudluğunu 90 faiz, mövcud olmadığını 95 faiz dəqiqliklə müəyyən edə biliblər.

AZƏRTAC “medvesti.com” saytına istinadla xəbər verir ki, 40 uşaq üzərində tədqiqat aparılıb. Beyin silkələnməsi diaqnozu adətən zahiri əlamətlər və zərərçəkənin sorğu-sual edilməsi əsasında qoyulur ki, bu üsul da dəqiqliyə zəmanət verə bilməz.

Tədqiqatda iştirak edən professor Kraus bildirib ki, zədələnmiş beyin zəiflədiyi üçün səsi sağlam beyin kimi əks etdirə bilmir. Tədqiqatçılar səs əsasında beyin silkələnməsi diaqnozu qoyan portativ qurğu yaratmağa ümid bəsləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.