ELM VƏ TEXNOLOGİYA


Beyin üçün yüksək dəqiqlikli termometr icad edilib

A+ A

Bakı, 24 iyul, AZƏRTAC 

Avstraliyanın Adelaid Universiteti və Nanomiqyaslı Biofotonika üzrə Qabaqcıl Təcrübə Mərkəzinin fizikləri baş-beyinin temperaturunun ölçülməsi üçün yüksək həssaslığa malik zond hazırlayıblar. Texnologiya kəllə-beyin travmalarının və insultun nəticələrinin diaqnostikasını fərqləndirməyə imkan verəcək.

AZƏRTAC “ictnews” saytına istinadən xəbər verir ki, hazırlanan zond polyarlaşma vəziyyətini saxlayan optik lifdən və kənarları yumru 25 kalibrli (xarici diametri 0,51 millimetr) tibbi iynədən ibarətdir. Cihaz hazırlanarkən ümumi uzunluğu bir metrə yaxın lif ucundan 15 millimetr təmizləndikdən sonra dörd millimetrədək kiçildilən iynəyə elə yerləşdirilib ki, sonuncudan iki millimetr lif qabağa çıxsın. Bununla yanaşı, iynə qoruyucu giliz funksiyasını yerinə yetirib.

Temperatur ölçülməzdən əvvəl zondun qabağa çıxmış optik lif ucu bir saniyə ərzində əridilmiş tellur şüşədən yaradılan natrium sink məhlulunun içərisinə salınıb. Sensorun həssaslığını artırmaq üçün məhlul az sayda erbium və itterbium ilə aşqarlanıb. Zond siçanın baş-beyninə daxil edilən zaman element aşqarlayıcıları toxumaların temperaturundan asılı olaraq rənglərini dəyişib. Doktor Stefan Musolinonun sözlərinə görə, metodika temperaturu 0,1°С-dək dəqiqliklə ölçməyə imkan verir.

“Cihazın öyrənə biləcəyi nahiyə 125 mikrometrdən çox deyil ki, bu da onu yer baxımından səciyyələndirir”, - deyə layihə həmmüəllifi Erik Şartner vurğulayıb.

Klinik sınaqlar çərçivəsində alimlər texnologiyanı MDMA ("ekstazi") təsirinə məruz qalmış gəmiricilər üzərində keçirmək niyyətindədirlər. Eyni zamanda, tetrasiklin və minosiklin antibiotiklərinin beyinin narkotik preparatın qəbulu ilə pozulmuş temperaturuna düzəliş etməsinin yoxlanılması planlaşdırılır. Sınaq testlərdən sonra yeni zondun insan üzərində - kəllə-beyin travmalı, insult və ya beyindaxili qanaxmanın olduğu xəstələrdə beyinin temperaturunun monitorinqi üçün tətbiqi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.