REGİONLAR


Beyləqan rayon Məşğulluq Mərkəzi tərəfindən doqquz ayda 576 nəfər işlə təmin olunub

A+ A

Beyləqan, 11 oktyabr, AZƏRTAC

Beyləqan rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ilin 9 ayında mərkəzə müraciət edən 2799 nəfər iş axtarandan 576-sı, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 5 nəfər kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilib. Vətəndaşlar əsasən qaz istismar sahəsi, kommunal xidmət, suvarma sistemləri idarəsində işlə təmin olunublar. Bu dövrdə 60 nəfərə işsiz statusu verilərək müavinət ödənilib. Bundan başqa, 16 nəfər peşə hazırlığı kurslarına göndərilib, 34 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə sentyabrın 23-də keçirilən “əmək yarmarkası”nda 63 nəfər işaxtarana işə göndəriş verilib. Hazırda rayonun 9 idarə və müəssisəsində 184 vakant iş yeri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.