REGİONLAR
Beyləqan rayonunda yerləşən hərbi hissədə bayram tədbiri
Beyləqan, 27 iyun, AZƏRTAC
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və müxtəlif rayonların komitə sədrləri, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Qarabağ müharibəsi veteranları iştirak ediblər. Çıxış edənlər hərbi hissənin şəxsi heyətini əlamətdar gün münasibətilə təbrik edib, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, keçdiyi şanlı yoldan danışıb, ordumuza tezliklə qələbə sevinci arzulayıblar.
Əsgər və zabitlərə hədiyyələr verilib, birgə nahar təşkil olunub.
Konsert proqramı ilə davam edən tədbirdə qonaqlarla birgə rəqs edən əsgərlər əsl bayram sevinci yaşayıblar.