REGİONLAR


Beyləqan taxılçıları zəmilərdən 49 min tondan çox məhsul götürüblər

Beyləqan, 4 avqust, AZƏRTAC

Beyləqan rayonunun fermerləri və torpaq mülkiyyətçiləri bu il 49 min 271 ton taxıl istehsal ediblər.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, məhsulun 45 min 285 tonu buğda, 3986 tonu isə arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 34,76 sentner olub. Hazırda biçilmiş taxıl sahələrində aqrotexniki qaydalar əsasında şum aparılır.

Qeyd edək ki, cari ilin məhsulu üçün Beyləqan rayonunda 14 min 459 hektarda taxıl, o cümlədən 12 min 985 hektarda buğda, 1474 hektarda arpa becərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.