REGİONLAR


Beyləqan və İmişli rayonlarında məskunlaşan füzulili məcburi köçkünlərlə görüş

A+ A

Beyləqan, 22 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin əhalinin problemlərinin öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Rayon rəhbərliyi tərəfindən sakinlərlə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə lazımi tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin də iştirakı ilə növbəti səyyar-qəbul füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Beyləqan və İmişli rayonlarında keçirilib.

Dövlətimizin başçısı tərəfindən məcburi köçkünlərə daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun işğaldan azad olunmuş ərazilərində aparılan geniş quruculuq və abadlıq işlərindən, məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini vurğulayaraq bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların sosial-məişət qayğılarını yerində öyrənmək, hər bir vətəndaşın irəli sürdüyü məsələni, etdiyi müraciəti diqqətlə araşdırmaqdan ibarətdir.

Görüşdə Beyləqan və İmişli rayonlarında məskunlaşmış füzulili məcburi köçkünlərin müraciətləri, arzu və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, digər problemlərin qısa zamanda həlli üçün əlaqədar orqanların təmsilçilərinə tapşırıqlar verilib.

Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.