REGİONLAR


Beyləqanda 137 ton pambıq tədarük edilib

A+ A

Beyləqan, 2 oktyabr, AZƏRTAC

Beyləqan rayonunda pambıq yığımının qızğın çağıdır.

Beyləqan rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ilin məhsulu üçün rayonda 3958 hektar sahədə pambıq becərilib. Bu, ötən illə müqayisədə 1879 hektar çoxdur. Hazırda pambıqyığan kombaynların köməyi və əl əməyi ilə işlər sürətlə davam etdirilir. Artıq tarlalardan 137 ton məhsul toplanıb. Yığılan pambığın 96,6 tonu “MKT İstehsalat Kommersiya” MMC-nin Beyləqan filialına, 40,4 tonu isə “CTS Aqro” MMC-nin pambıq istehsalı və emalı zavoduna təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.