REGİONLAR


Beyləqanda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beyləqan rayonunda "Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramiz Əliyev, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Dövlət Komitəsinin əməkdaşları Tərxan Paşazadə, Əli Həziyev, icma sədrləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri açan Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramiz Əliyev qeyd edib ki, ölkəmizdə zəngin multikultural və onun tərkib hissəsi olan tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini ekstremizmin fəsadlarından, İslam dünyasında baş verən proseslərdən, o cümlədən ölkəmizdə dini ekstremizmin yaranma səbəbləri və dini dəyərlərimizi qorumaqla dini radikalizmlə mübarizə aparmağın üsullarından bəhs edib.

Daha sonra Dövlət Komitəsinin əməkdaşları Tərxan Paşazadə və Əli Həziyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili məhz "Multikulturalizm ili" elan etməsini ölkəmizdəki tolerant mühit və multikultural ənənəyə hörmətin əlaməti kimi dəyərləndirib, respublikamızda multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildiriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.