QAN YADDAŞI
Beyləqanda “Ruhum sənə kökləndi - Xocalı...” adlı fotosərgilər keçirilir
Beyləqan, 12 fevral, AZƏRTAC
Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyi Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar gənclərin və məktəblilərin vətənpərvərlik tərbiyəsini yüksəltmək məqsədilə “Ruhum sənə kökləndi - Xocalı...” adlı fotosərgi və müxtəlif yaş təbəqələri üçün hazırlanmış tarix dərslərinə başlayıb.
Tarix-diyarşünaslıq muzeyinin direktoru Mehriban İsgəndərova AZƏRTAC-a bildirib ki, “Ruhum sənə kökləndi - Xocalı...” adlı fotosərgi şəhərin müxtəlif yerlərində, tədbirlər isə əsasən rayonun ucqar kəndlərində keçirilir.
“Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Biz hər birimiz bu faciənin ağırlığını, kədərini qəlbimizdə hiss etməliyik. Faciənin dünyada tanınması və onu törədənlərin cəzalandırılması üçün əlimizdən gələni əsirgəməməliyik”, – deyə M.İsgəndərova bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.02.2024 [16:41]
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
- 28.02.2024 [17:00]
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
- 28.02.2024 [02:18]