REGİONLAR


Beyləqanda altı ayda 121,9 milyon manat həcmində ümumi məhsul buraxılıb

Beyləqan, 31 iyul, AZƏRTAC

İlin birinci yarısında Beyləqan rayonunda ümumi məhsul buraxılışının həcmi 121,9 milyon manat olub. 11,1 milyon manatlıq sənaye, 49 milyon manatlıq kənd təsərrüfatı məsulları istehsal edilib. Əsas kapitala 38,4 milyon manat investisiya yönəldilib, 37 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb.

AZƏRTAC xəbər verir ki, bu faktlar Beyləqan rayonunda cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda səsləndirilib.

Aqrar sahədə əldə olunan uğurlardan bəhs edilərkən bildirilib ki, hesabat dövründə rayonda kənd təsərrüfatı məsulları istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 2 faiz artıb. 503 hektar şəkər çuğunduru, 8550 hektar pambıq, 1284 hektar tərəvəz, 1128 hektar qarğıdalı, 1402 hektar soya və s. əkilib.

Diqqətə çatdırılıb ki, birinci yarımildə rayonda iribuynuzlu heyvanların baş sayı 454 baş artaraq 58 min 147 başa, xırdabuynuzluların sayı isə 117 baş artaraq, 300 min 928 başa çatıb. 5 min ton ət, 20,5 min ton süd, 574 ton yun istehsal olunub.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən də bəhs edilib.

Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.