REGİONLAR


Beyləqanda nəcib aksiya

A+ A

Beyləqan, 13 iyul, AZƏRTAC

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında keçirilən könüllü qanvermə aksiyasında 90 nəfərdən çox insan qan verib.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə reallaşan aksiyada rayon sakinləri fəal iştirak ediblər. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun əməkdaşları tərəfindən toplanan qan müayinədən keçirildikdən sonra hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.