REGİONLAR


Beyləqanda yeni ailə quran 1419 nəfər tibbi müayinə olunub

Beyləqan, 11 yanvar, AZƏRTAC 

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına əsasən, 2016-cı ildə Beyləqanda 1419 nəfər müayinə olunub.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim hematoloqu Nəzakət Quliyeva AZƏRTAC-a bildirib ki, xəstəxana skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin edilib, hematoloji kabinet yaradılıb. Götürülmüş qan nümunələri Bakı şəhərinə Xüsusi Qan Xidməti avtomobilləri ilə çatdırılır.

Nikaha daxil olmaq istəyən şəxslər Rayon Mərkəzi Xəstəxanasında talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir. Ötən il aparılan müayinələr zamanı 31 nəfərdə talassemiya xəstəliyinin daşıyıcısı aşkarlanıb. Nikaha daxil olmaq istəyən gənclər müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlandırılırlar. Bununla yanaşı, onlar xəstəxananın həkimləri tərəfindən tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər də alırlar.

Nikaha daxil olmaq istəyən şəxslərə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsinə təqdim etmək üçün tibbi arayış verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.