REGİONLAR


Beyləqanda yeni məktəb binası istifadəyə verilib

A+ A

Beyləqan, 10 sentyabr, AZƏRTAC

Bilik Günü ərəfəsində Beyləqan rayonunun İmamverdilər kənd tam orta məktəbi üçün yeni inşa edilən 180 yerlik bina istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev və Milli Məclisin deputatı Çingiz Qənizadə çıxış edərək, məktəbin kollektivini və kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib, ölkəmizdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Tədbirdə çıxış edən müəllim, şagird və kənd ictimaiyyətinin nümayəndələri göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar. Məktəb binasında sinif otaqları, fənn kabinələri, laboratoriya, kompyuter otağı, kitabxana, idman və akt zalları yaradılıb, təhsil ocağı yeni inventar və avadanlıqla təchiz olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.