REGİONLAR


Beyləqanın Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinə təbii qaz verilib

A+ A

Beyləqan, 7 oktyabr, AZƏRTAC

Beyləqan rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Aşıqalılar və Yuxarı Çəmənli kəndləri də əlavə olunub. 524 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12 min 591 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, kəndlərə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər sakinləri kəndlərin “mavi yanacaq”la təmin olunması münasibətilə təbrik edib, ölkəmizdə, o cümlədən Beyləqan rayonunda həyata keçirilən sosial layihələrdən, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.

Bildirilib ki, hazırda rayonun Əhmədli, Aşağı Çəmənli, İmamverdili, Birinci Şahsevən və İkinci Şahsevən kəndlərində qaz xətlərinin çəkilişi davam etdirilir. Yaxın günlərdə qaz çəkilişi başa çatan yaşayış məntəqələrinə ardıcıllıqla “mavi yanacağ”ın verilişi təmin olunacaq.

Kənd sakinləri yaşayış məntəqələrinin təbii qazla təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.