REGİONLAR
Beyləqanın daha 2 kəndinə təbii qaz verilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Beyləqan rayonunun İkinci Şahsevən və Aşağı Çəmənli kəndlərinə ilk dəfə təbii qaz verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 584 abonenti olan İkinci Şahsevən kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 62 min 793 metr olan müxtəlif diametrli polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 243 abonenti olan Aşağı Çəmənli kəndinin qazlaşdırılması üçün 30 min 120 metrlik müxtəlif diametrli polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillər sayğac və fərdi tənzimləyicilərlə təmin olunub.
Sakinlər və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]