CƏMİYYƏT


Beynəlxalq Ailə Günü Heydər Əliyev Mərkəzində gənclərin nikah mərasimi keçirilib

Bakı, 16 may, AZƏRTAC

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 15 may-Beynəlxalq Ailə Günü ilə münasibətilə yeni ailə quran gənclərin nikah mərasimi keçirilib. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə yeni ailə quran gənclərin nikah aktı imzalanıb.

Mərasimdə Qaradağ Rayon Qeydiyyat Şöbəsinin aparıcı mütəxəssisi Dilbər Məmmədova yeni ailə quran gənclərə cəmiyyətimizin müqəddəs təməl daşı olan ailə dəyərlərinə hər zaman sadiq qalmağı arzulayıb. Ailə həyatı quran gənclərin valideynləri, qohumları və doğmaları onları təbrik edərək ailə dəyərlərini uca tutmağı tövsiyə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.