MƏDƏNİYYƏT


Beynəlxalq Əlillər Gününə həsr olunmuş xeyriyyə konserti

Bakı, 2 dekabr, AZƏRTAC

Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunmuş xeyriyyə konserti keçirilib.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertə kimsəsiz və əlil uşaqlar təmənnasız dəvət olunub.

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “Biz bir ailəyik” adlı konsert fiziki qüsurlu insanların istedadını nümayiş etdirmək məqsədilə hazırlanıb.

Konsertdə fiziki qüsurlu istedadlı ifaçılar - Mehman Talıbov, Polad Həsənov, Vüsalə Məmmədova, Kifayət Mikayılova, Rəvanə Ağamirova, Xatirə Hacıyeva, Seymur Əliyev, Münəvvər Əhmədova, Məhəmməd Abışov, Nurlan Əhmədov, Nazə Hacıyeva, Ruslan Yusifov, Rövşən Manafov, Fatimə İsrafilova, Minayə Şirinova, Şəlalə Abdullayeva, Vüsal Babayev, Cəmilə Məmmədli, Ənvər Cabbarlı, Şücayət Əliyeva, İbrahim Məmmədov və “Hağışta” folklor qrupu çıxış edib.

Onları səhnədə fiziki qüsurlu ifaçılardan ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.