ELM VƏ TƏHSİL


Beynəlxalq Antikorrupsiya Akademiyasında növbəti məzun buraxılışı keçirilib

A+ A

Vyana, 9 dekabr, AZƏRTAC

9 dekabr - Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü münasibətilə Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) mənzil-qərargahında magistr proqramını başa vurmuş məzunların buraxılış mərasimi keçirilib. Akademiya korrupsiyaya qarşı mübarizə üzrə biliklərin artırılması və peşəkarların təkmilləşdirilməsi sahəsində dünyada ilk təhsil ocağı olmaqla, həmçinin beynəlxalq təşkilat statusunda fəaliyyət göstərir.

Mərasimdə BMT-nin Narkotiklər və Cinayətkarlıq Ofisinin (UNODC), digər beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin təmsilçiləri, Avstriya hökumətinin yüksək vəzifəli şəxsləri iştirak edib.

Dünyanın 21 ölkəsindən 31 tələbə arasında Akademiyanı 5 azərbaycanlı məzun da bitirib. Buraxılış mərasimində bütün məzunlar adından azərbaycanlı tələbə, fərqlənmə ilə Akademiyanı bitirən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Elnur Musayev çıxış edib. İnternet vasitəsilə bütün dünyaya yayımlanan çıxışında azərbaycanlı prokuror korrupsiyaya qarşı mübarizənin şərəfli peşə olduğunu vurğulayıb və dünya ictimaiyyətinə Akademiyanın inkişafına dəstək verilməsi haqqında müraciət edib.

Akademiyanı bitirən məzunlara “korrupsiyaya qarşı mübarizə üzrə mütəxəssis” adı verilməklə diplomlar təqdim olunub.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.