SİYASƏT


Beynəlxalq Avrasiya Mətbuat Fondu Alxanlıda törədilən hadisəni vandalizm hesab edir

Bakı, 5 iyul, AZƏRTAC 

Erməni silahlı birləşmələrinin iyulun 4-də mülki şəxslərin yaşadığı Füzuli rayonunun Alxanlı kəndi ərazilərini iriçaplı silahlarla hədəfə alması əsl vandalizm aktıdır. Dinc və günahsız insanların öldürülməsi, kəndlərin atəşə məruz qoyulması sülh və danışıqlar prosesinin davam etdirilməsi üçün ciddi təhdiddir və davamlı sülhə təhlükədir. ATƏT-in monitorinq qrupunun qoşunların təmas xəttinə səfəri ərəfəsində baş verən insident nəticəsində biri azyaşlı uşaq olmaqla, 2 nəfər kənd sakininin öldürülməsi və bir neçəsinin yaralanması Ermənistan hakimiyyətinin beynəlxalq hüququn prinsiplərinə, qəbul edilmiş beynəlxalq normalara, bütün növ anlaşmalara və ümumiyyətlə insanlığa qarşı zorakı münasibətidir. Məcburi köçkünlərin işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə köçürülməsi ərəfəsində törədilmiş bu cinayət xarakterli əməl Ermənistanın işğal altındakı ərazilərdən Avropa ilə Asiyanı birləşdirən bu regionun gələcək dayanıqlı sosial-iqtisadi inkişafı, transmilli layihələrin gerçəkləşməsi, insanların öz doğma yurd-yuvalarına qayıtmasına, sülhə və sabitliyə təhdid olaraq istifadəsini kəskin şəkildə pisləyirik. Alxanlı kəndində törədilən qanlı cinayətdə əli olan, işğal siyasətini dünyanın gözü qarşısında davam etdirən Ermənistanın cinayətkar hakimiyyətinə beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupuna üzv ölkələr tərəfindən ciddi təzyiq göstərilməsi və işğal altındakı ərazilərin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında azad olunmasını tələb edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.