İDMAN


Beynəlxalq Boks Assosiasiyası hakim sistemində islahatlara başlayıb

A+ A

Bakı, 31 avqust, AZƏRTAC 

Beynəlxalq Boks Assosiasiyası (AIBA) Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarından sonra yeni islahatlara başlayıb. İslahatlara mötəbər turnirdən sonra edilən şikayətlər səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə açıqlama verən AIBA prezidenti Çinq-Kyo hakimlərin fəaliyyəti və onların təyinatı prosedurunda dəyişiklik ediləcəyini bildirib: “Yeni yol xəritəsində başlıca məsələ hakim sistemində islahatların aparılması durur. Xüsusilə qarşılaşmalar zamanı münasib hakim fəaliyyəti və eləcə də onların təyinatı üzrə prosedurun dəyişdirilməsi həyata keçiriləcək”.

“Rio-2016” ilə əlaqədar milli federasiyalardan beynəlxalq quruma daxil olan şikayətlərdən sonra iki hakim vəzifəsindən kənarlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.