İDMAN


Beynəlxalq Boks Assosiasiyası inqilabi hakimiyyət dəyişikliyi ərəfəsindədir

Bakı, 25 iyul, AZƏRTAC

Beynəlxalq Boks Assosiasiyasının (AIBA) İcraiyyə Komitəsinin üzvləri iyulun 25-də Moskvada keçirilən iclasda qurumun hazırkı prezidenti, 70 yaşlı tayvanlı Çinq-Kuo Vuya etimadsızlıq göstəriblər.

TASS agentliyinin yaydığı məlumata görə, İcraiyyə Komitəsinin 13 üzvü bu qərarın lehinə səs verib.

Agentliyin yaydığı məlumatda deyilir: “Çinq-Kuo Vu ona etimadsızlıq göstərildiyinə görə yaxın günlərdə öz xahişi ilə istefa verə bilər. Sonra növbədənkənar konqres keçiriləcək”.

Çinq-Kuo Vu 2006-cı ildə AIBA prezidenti vəzifəsini tutaraq, bu vəzifədə pakistanlı Ənvər Çoudrini əvəzləyib. O, 2014-cü ilin noyabrında alternativsiz əsasda üçüncü müddətə AIBA prezidenti seçilib.

Funksioner 2012-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.