İDMAN


Beynəlxalq Çempionlar Liqası turnirinə start verilib

Bakı, 19 iyul , AZƏRTAC

Asiya qitəsində futbol üzrə Beynəlxalq Çempionlar Liqası turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, yarışda yeni mövsümə Asiyada hazırlaşan 16 komanda iştirak edir.

Turnirin açılış oyunu “Milan” (İtaliya) və “Borussiya Dortmund” (Almaniya) klubları arasında olub. Çində keçirilən oyunda hesabı Almaniya təmsilçiləri açıblar. Nuri Şahin 16-cı dəqiqədə fərqlənib. Qoldan dörd dəqiqə sora Aubamenyanq 11 metrlik cərimə zərbəsindən vurduğu qolla fərqi iki topa çatdırıb.

Fasiləyə kimi İtaliya təmsilçisi buraxılan toplardan birinin əvəzini çıxa bilib. Karlos Bakka matçın 24-cü dəqiqəsində hesab arasında kı fərqi azaldıb.

Fasilədən sonra hücumlarının sayını artıran Almaniya klubu üçüncü topu “Milan”ın qapısından keçirib. Görüşün 62-ci dəqiqəsində Aubamenyanq dubl edib.

Matç “Borussiya Dortmund”un 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu gün turnir çərçivəsində növbəti oyun “Bavariya” və “Arsenal” komandaları arasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.