İDMAN
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb VİDEO
Bakı, 5 dekabr, AZƏRTAC
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, dekabr üçün tərtib edilən cədvəldə Azərbaycan millisinin cüdoçularından Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəkilərində birinci pilləni qoruyublar. Orxan Səfərov (60 kq) cədvəldə yenə ikinci, Nicat Şıxəlizadə (66 kq) isə 12-ci yerdə qərarlaşıb.
İlqar Müşkiyev (60 kq) və Elxan Məmmədov (100 kq) mövqelərini yaxşılaşdırıblar. Hərəyə bir pillə irəliləyən cüdoçular müvafiq olaraq 14-cü və 7-ci yerdədirlər.
Tərlan Kərimov (66 kq), Məmmədəli Mehdiyev (90 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı) və Aişə Qurbanlı (48 kq) yerlərini qoruyublar. Onlar bundan əvvəlki siyahıda olduğu kimi müvafiq olaraq yenə 45-ci, 20-ci, 18-ci və 41-ci pillədə yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]