İQTİSADİYYAT


Beynəlxalq Enerji Agentliyi: Bu il qlobal neft tələbatı 96,3 milyon barrel təşkil edəcək

A+ A

Bakı, 11 avqust, Nihad Budaqov, AZƏRTAC 

Bu il qlobal neft tələbatı 2015-ci illə müqayisədə gündəlik 1 milyon 400 min barrel artaraq 96 milyon 300 min barrel təşkil edəcək. 2017-ci ildə isə tələbat 97 milyon 500 min barrelə yüksələcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir. Deyilir ki, gələn il gündəlik 33 milyon 600 min barrellə ən çox neft tələbatı Asiya-Sakit okean ölkələrində olacaq. İkinci sırada isə gündəlik 31 milyon 400 min barrel tələbatla Amerika qitəsi qərarlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.