İQTİSADİYYAT


Beynəlxalq Enerji Agentliyi: Yaxın gələcəkdə neftin qiymətində ciddi artım gözlənilmir

A+ A

Bakı, 21 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Yaxın gələcəkdə neftin qiymətində ciddi artım gözlənilmir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol deyib. O bildirib ki, hazırda neftin qiymətinə neqativ təsir edən əsas amil bazarda təklifin tələbi üstələməsidir.

“Neftin bahalaşması üçün heç bir ciddi əsas görmürəm. İlk növbədə ona görə ki, bazarda təklif olduqca yüksək olaraq qalır. Səudiyyə Ərəbistanı, İran, İraq kimi Yaxın Şərq ölkələri hasilatı artırmaqda davam edirlər. Bununla yanaşı, neft hasilatı ilə məşğul olan ölkələrin ciddi ehtiyatları mövcuddur. Odur ki, hətta 2017-ci ilin ikinci yarısında da neftin qiymətində ciddi artım gözlənilmir”, - deyə F.Birol əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.