Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Beynəlxalq Fotosintez Cəmiyyətinin jurnalında akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan məqalə dərc edilib

Beynəlxalq Fotosintez Cəmiyyətinin jurnalında akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan məqalə dərc edilib

Bakı, 30 aprel, AZƏRTAC

Beynəlxalq Fotosintez Cəmiyyətinin rəsmi nəşri olan “Phyosynthesis Research” jurnalında akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan “Böyük alim, böyük müəllim, böyük şəxsiyyət” sərlövhəli məqalə dərc edilib. Məqalənin müəllifləri, alimin tələbələri – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, Bakı Dövlət Universiteti biofizika və molekulyar biologiya kafedrasının professoru, akademik İradə Hüseynova, Rusiya Elmlər Akademiyası (REA) Bitki Fiziologiyası İnstitutunun İdarəolunan Fotobiosintez Laboratoriyasının müdiri, REA Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Süleyman Allahverdiyev və Beynəlxalq Fotosintez Cəmiyyətinin aparıcı simalarından biri, fotosintez sahəsində nüfuzlu alim professor Qovincidir. Belə bir nüfuzlu jurnalda akademik Cəlal Əliyevə həsr olunan sanballı məqalənin çap edilməsi alimin dünyada böyük nüfuz sahibi olmasının, onun şəxsiyyətinə hörmətin, fotosintez prosesinin öyrənilməsində Cəlal Əliyev və yaratdığı məktəbin dünya elminə verdiyi misilsiz töhfələrin Beynəlxalq Fotosintez Cəmiyyəti tərəfindən yüksək qiymətləndirilməsinin parlaq nümunəsidir. AZƏRTAC məqaləni təqdim edir.

    “Elm - həqiqətdir!”

Akademik Cəlal Əliyev

 

Cəlal Əliyev (1928-2016): böyük alim, böyük müəllim,

böyük şəxsiyyət

Böyük alim və böyük şəxsiyyət Cəlal Əliyev zəmanəmizin görkəmli və nüfuzlu bitki bioloqu idi. O, Azərbaycanda fotosintez sahəsində tədqiqatların pioneri hesab olunur. Həyatının demək olar ki, son gününədək o, elmi tədqiqatlarla dərindən məşğul olub. Buğdanın məhsuldarlığı, noxudun biokimyası, genetikası və molekulyar biologiyası üzrə tədqiqatlar alimin elmi irsinin yalnız bir hissəsidir. O, 2016-cı il fevralın 1-də haqq dünyasına qovuşub. Lakin dünyanın hər yerində insanlar onu qlobal problemlərin həllinə yönəlmiş beynəlxalq dialoqların təmsilçisi və “Davamlı inkişaf üçün fotosintez tədqiqatları” (Bakı, 2011 və 2013) mövzusunda beynəlxalq konfransların təşkilatçısı kimi xatırlayırlar.

Həyatının ilk illəri və təhsili

Cəlal Əliyev Əlirza və İzzətxanım Əliyevlərin yeddinci övladıdır. Bu ailə Azərbaycan cəmiyyətinə, elm və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş edib: Cəlal Əliyev Azərbaycan Respublikasının keçmiş Prezidenti Heydər Əliyevin kiçik qardaşı və Prezident İlham Əliyevin əmisidir. Onun qardaşları da tanınmış insanlardır: Həsən Əliyev Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli torpaqşünas alim və ictimai xadim, Hüseyn Əliyev məşhur rəssam (250-dən çox rəsm əsərinin müəllifi), Aqil Əliyev iqtisadçı alim və AMEA-nın müxbir üzvü olub. Bacısı Rəfiqə Əliyeva məşhur kimyaçı alim və AMEA-nın həqiqi üzvüdür.

Cəlal Əliyev 1928-ci il iyun ayının 30-da beş min illik tarixə malik qədim Naxçıvan şəhərində anadan olub. Orta məktəbdə təhsil aldıqdan sonra 1946-cı ildə Naxçıvan Pedaqoji İnstitutunun təbiət elmləri fakültəsini bitirib. Təhsilini davam etdirmək üçün 1946-cı ildə Bakı şəhərinə gəlib. Burada o, Azərbaycan Dövlət Universitetinə (hazırda Bakı Dövlət Universiteti) daxil olub və tələbəlik dövründə bu ali məktəbin bitki fiziologiyası kafedrasında laborant kimi fəaliyyətə başlayıb. 1951-ci ildə universitetin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1951-1954-cü illərdə Cəlal Əliyev Azərbaycan Elmlər Akademiyasının bitki fiziologiyası laboratoriyasının aspirantı olub, çoxlu aspirant və texniki işçisi olan akademik Müzəffər Abutalıbovun rəhbərliyi altında çalışıb. Cəlal Əliyev 1955-ci ildə “Buğdanın inkişafına və məhsuldarlığına mikroelementlərin təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Akademik karyerası

Aspiranturanı bitirdikdən sonra Cəlal Əliyev kiçik elmi işçi, qrup rəhbəri və sonra Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda laboratoriya müdiri vəzifələrində çalışıb. Gənc Cəlal fotosintez dünyasına daxil olub və 1971-ci ildə “Fotosintez fəaliyyəti, mineral qidalanma və bitkilərin məhsuldarlığı” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsini alıb.

1970-ci ildən etibarən Cəlal Əliyev Botanika İnstitutunda qrup yaradaraq onun rəhbəri olub. 1974-cü ildə fiziki-kimyəvi biologiya sektorunda onun yaradıcı qrupu əsasında bioenergetikanın molekulyar əsasları laboratoriyası fəaliyyət göstərməyə başlayıb. 1983-cü ildə məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları laboratoriyası yaradılıb, 1988-ci ildən isə bu laboratoriya əsasında təşkil edilən eyniadlı şöbə fəaliyyət göstərib. 2010-cu ildə şöbənin adı dəyişdirilib və bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi adlandırılıb. 2015-ci ildə məhz bu şöbənin bazasında AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması barədə qərar qəbul olunub ki, onun tərkibinə 15 laboratoriya daxil edilib. Cəlal Əliyev ömrünün sonunadək Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bitki fiziologiyası və biotexnologiya şöbəsinin və eyni zamanda, AMEA Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri olub.

Azərbaycanda Cəlal Əliyevi həm tələbələri, həm də əməkdaşları çox sevirdi. O, Azərbaycan Elmlər Akademiyasının uzun illər üzvü olub, Bioloji Elmlər Bölməsində akademik-katib kimi fəaliyyət göstərib və AMEA rəyasət heyətinin üzvü olub.

Elmi tədqiqatları

Professor Cəlal Əliyev 65 il ərzində fotosintezin müxtəlif aspektlərini əhatə edən ciddi dinamik tədqiqatlar aparıb və onun əsas tədqiqat obyekti mühüm ərzaq bitkisi sayılan buğda olub. Bu tədqiqatlar bitkilərin məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik əsaslarını əhatə etməklə inteqrativ yanaşma üsullarını özündə cəmləşdirib. Məhsuldarlıq prosesləri və bitkilərin struktur-funksional təşkilini əhatə edən sonrakı tədqiqatlar molekulyar səviyyədən başlayaraq bütöv bitki səviyyəsinə kimi aparılıb. Cəlal Əliyevin rəhbərliyi altında “ideal” buğda tipinin yüksək məhsuldarlığını müəyyən edən əsas prinsiplər işlənilib hazırlanıb ki, Azərbaycanda və həmçinin qonşu ölkələrdə seleksiya işlərində istifadə edilib (D.A.Aliyev. Fotosintetiçeskaya deyatelnost, mineralnoye pitaniye i produktivnost tasteniy. Baku. Elm, 1974, 335 s.). Kontrast buğda genotiplərində karbon metabolizmi, yarpaq və sünbüllərdə sintez olunmuş assimilyatların daşınması və paylanması qanunauyğunluqları 14CО2 tətbiq etməklə öyrənilib və dənin dolmasında ayrı-ayrı orqanların rolu müəyyənləşdirilib (D.A.Aliyev. S.X.Kerimov, N.M.Quliyev, A.A.Axmedov. Osobennosti metabolizma uqleroda u genotipov pşenitsı, kontrastnıx po fotosintetiçeskim priznakam. Fiziologiya rasteniy. 1996, T.43, № 1, s.49-56).

Cəlal Əliyevin rəhbərliyi altında karboanhidrazanın struktur və funksional təşkili ətraflı öyrənilib, ilk dəfə olaraq Cicer arietinum yarpaqlarından bu ferment ayrılıb, kristallaşdırılıb və onun dördüncü quruluşunun molekulyar modeli təklif edilib (N.M.Quliyev, T.Q.Mamedov, D.A.Aliyev. Subyedinişnaya struktura karboangidrazı listyev nuta. Dokladı Akademii nauk SSSR, 1985, T.280, № 6, S.1466-1468).

Cəlal Əliyevin rəhbərlik etdiyi digər bir qrup iki fotosistemin struktur və molekulyar təşkilini daha dərindən araşdırıb və tilakoid membranlarında piqment-zülal komplekslərinin topoqrafiya modelini təklif edib (A.A.Asadov, İ.S.Zulfuqarov, S.Y.Suleymanov, D.A.Aliyev. İssledovaniye topoqrafii piqment-belkovıx kompleksov v tilakoidnoy membrane xloroplastov. Dokladı Akademii nauk SSSR, T.249, № 3, S. 703-707). Aparılan tədqiqatlar bu sistemlərin biosintezi, molekulyar biologiyası və genetikasını əhatə edir. Buğda bitkisinin quraqlıq stressinə ümumi cavab mexanizmləri və buğda genotiplərinin quraqlığa davamlılığının artırılması yolları da Cəlal Əliyevin rəhbərlik etdiyi digər qrup tərəfindən tədqiq edilib (I.M.Huseynova, S.Y. Suleymanov, J.A.Aliyev. Structural-functional state of thylakoid membranes of wheat genotypes under water stress. Biochimica et Biophysica Acta-Bioenergetics (BBA), 2007, V.1767, Is. 6, P.869-875).

Onun rəhbərliyi altında 90Sr və 137Cs nuklidlərinin torpaq-bitki örtüyündə paylanma qanunauyğunluqları öyrənilib (D.A.Aliyev, T.D.Gyulaliyev, R.M.Aleksaxin. Raspredeleniye 90Sr i 137Cs v poçvax Azerbaydjana i nakopleniye etix radionuklidov selskoxozyaystvennımi rasteniyami. Aqroximiya, 1991, № 11, S. 89-95). RNT-polimeraza II promotorlarının və transkripsiyanın potensial tənzimləyıci elementlərinin identifikasiyası üçün kompyuter proqramları işlənib hazırlanıb və verilənlər bazası yaradılıb. Düyü və arabidopsisin nüvə genomlarında genlərin ekspressiyası və təşkili, orqanoid DNT-sinin nüvə genomuna ötürülməsinin xüsusiyyətləri aşkar edilib (I.A. Shahmuradov, Y.Yu.Akberova, V.V.Solovyev, J.A.Aliyev. Abundance of plastid DNA insertions in nuclear genomes of rice and arabidopsis. Plant Molecular Biology, 2003, V.52, P.923-934).

Onun tədqiqatlarının əsas yekun nəticəsi ondan ibarətdir ki, fototənəffüs tarla şəraitində yetişdirilən bitkilər üçün həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif üsullarla bu prosesi azaltmaq cəhdləri əsassızdır (J.A. Aliyev. Photosynthesis, photorespiration and productivity of wheat and soybean genotypes. Physiologia Plantarum, 2012, V.145, Issue 3, P.369-383).

Son qeydlər

Akademik Cəlal Əliyev Azərbaycanda yeni elmi istiqamətləri, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi və kompyuter biologiyası, bioinformatika sahələrini yaradıb və bu sahədə olan nailiyyətlərdən bitkilərin məhsuldarlığının artırılması üçün istifadə edib. C.Əliyevin təşəbbüsü ilə 300-dən çox elmi kadr hazırlanıb. Alim şəxsən 90-a yaxın elmlər namizədi və 12 elmlər doktoru hazırlayıb. Hazırda onun tələbələri həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrinin (məsələn, Avstraliya, Kanada, Fransa, İsrail, Yaponiya, Cənubi Koreya, Rusiya və ABŞ) elmi-tədqiqat mərkəzləri və universitetlərində aparıcı mütəxəssisdirlər.

C.Əliyev Respublika Elmi-Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının biologiya elmləri üzrə problem şurasının sədri və bir sıra elmi və müdafiə şuralarının üzvü kimi fiziki-kimyəvi biologiya sahəsində tədqiqatların genişlənməsinə və düzgün istiqamətləndirilməsinə şərait yaradıb.

Cəlal Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri (Biologiya və Tibb elmləri)” jurnalının baş redaktoru, “Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri” jurnalının redaksiya heyətinin üzvü və bir çox elmi nəşrlərin və kitabların elmi redaktoru olub, “Bioinformatika və Müqayisəli Genomiks”, “Bitki biokimyası və Fiziologiyası”, “Kompyuter biologiyası və Bioinformatikası”, “İnfeksion və Qeyri-İnfeksion Xəstəliklər” jurnallarının redaksiya heyətlərinin fəxri üzvü seçilib.

Cəlal Əliyevin əsas töhfəsi yüksək məhsuldarlığa (7-8 t/h) malik bərk (Triticum durum Desf) və yumşaq (Triticum aestivum L.) buğda genotiplərinin yaradılmasıdır. Yüksək dən keyfiyyətinə malik olan buğda sortları Azərbaycanda geniş miqyasda becərilir. Fundamental və aqrar elmlər sahəsində əldə etdiyi böyük uğurlara görə akademik Cəlal Əliyev Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının (1995), Ukrayna Aqrar Elmlər Akademiyasının (1996), Belarus Aqrar Elmlər Akademiyasının (1996) xarıcı üzvü seçilib.

Cəlal Əliyev genişprofilli tədqiqatçı alim idi. O, 600-dən artıq elmi məqalənin, o cümlədən 25 monoqrafiya və kitabın, 10 kitab fəslinin müəllifi və həmmüəllifi olub. Müasir biologiya elmində, kənd təsərrüfatında və tibbdə aparılan tədqiqatların bioetik problemləri öyrənilib və onların həlli yolları aydınlaşdırılıb.

Akademik Cəlal Əliyevin rəhbərliyi altında Azərbaycanda bitki genetik ehtiyatları üzrə Milli Proqram və biomüxtəlifliyin qorunması və səmərəli istifadəsi strategiyası işlənilib hazırlanıb, Bitki Genbankı yaradılıb.

Cəlal Əliyev Azərbaycan Respublikasının bir çox fəxri mükafatlarına və beynəlxalq mükafatlara, o cümlədən “İstiqlal” ordeni (1998), Gürcüstan Respublikasının “Şərəf” ordeni (2003), Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu (2008); Azərbaycan Respublikasının “Şərəf” ordeni (2013) və tələbəsi, akademik İradə Hüseynova ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının Həsən bəy Zərdabi mükafatına layiq görülüb (2014). Bundan başqa, xüsusilə fəxr ediləcək bir haldır ki, nüfuzlu bir alim kimi, o, dörd dəfə (1995, 2000, 2005 və 2010) Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib.

2011-2013-cü illərdə Bakıda dünyanın müxtəlif ölkələrindən görkəmli alimlərin iştirakı ilə “Davamlı inkişaf üçün fotosintez tədqiqatları” mövzusunda konfranslar böyük uğurla keçirilib. 2013-cü ildə keçirilən konfrans ümumən bitki elmləri, xüsusilə də bitkilərin məhsuldarlığının artırılması və fotosintez prosesinin öyrənilməsinə misilsiz töhfələr vermiş Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunub. Onun elmə verdiyi töhfələr, həmçinin təşkilatçılıq bacarığı Beynəlxalq Fotosintez Cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib (S.I. Allahverdiyev, I.M.Huseynova, Govindjee (2013) International conference on Photosynthesis research for sustainability-2013. In: Honor of Jalal A.Aliyev, held during June 5–9, 2013, Baku, Azerbaijan. Photosynth Res 118:297–307).

Professor Cəlal Əliyevin həyat yoldaşı, tanınmış bitki fizioloqu, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Eleonora Qazıbəyova 2004-cü il sentyabrın 29-da vəfat edib. Cəlal Əliyevin İzzətxanım Əliyeva adlı bir qızı, Mikailo və Lalə adlı iki nəvəsi var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər