ELM VƏ TƏHSİL
Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunları təhsillərini nüfuzlu ali məktəblərdə davam etdirirlər
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində 2016/2017-ci tədris ili üçün məzun monitorinqi aparılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, monitorinqin nəticələrinə görə, Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunlarından 85 faizi universiteti bitirəndən dərhal sonra işə düzəlib, 81 faizi magistraturaya qəbul olunub, üç faizi isə hərbi xidmətdədir. Monitorinq zamanı məzunlardan 16 faizinin xarici universitetlərdən cavab gözlədiyi də məlum olub. Magistraturaya qəbul olunanların 54 faizi Azərbaycanda, 46 faizi isə xaricdə təhsillərini davam etdirəcəklər.
Məzunlar təhsillərini London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi, Bolonya Universiteti, Roma Tor Vergata Universiteti, Korvinus Universiteti, Roma Sapienza Universiteti kimi nüfuzlu ali məktəblərdə davam etdirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]