CƏMİYYƏT


Beynəlxalq “Lafarge Holcim” müsabiqəsi ilə bağlı birinci məlumat sessiyası keçirilib

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Təmiz Şəhər” Mərkəzində strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə maarifləndirici seminar keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Təmiz Şəhər” ASC-nin əməkdaşı Sabit Zeyniyev bərk məişət tullantılarının idarə olunmasının təşkili mövzusunda təqdimatla çıxış edib.

Mühazirənin əhəmiyyətini dəyərləndirən tələbələr gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat əldə etdiklərini bildiriblər.

Universitetin Biznes İnkubator Mərkəzində isə Beynəlxalq “Lafarge Holcim” müsabiqəsi ilə bağlı birinci məlumat sessiyası keçirilib.

Mükafat fondu iki milyon dollar olan V Beynəlxalq “Lafarge Holcim” müsabiqəsi iyulun 1-də elan edilib. Bu, davamlı inkişafa əsaslanan inşaat layihələri üzrə dünyada ən vacib müsabiqələrdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.