MƏDƏNİYYƏT


Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinə hekayə qəbulu başa çatıb

A+ A

Bakı, 27 avqust, AZƏRTAC

Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinə Azərbaycan üzrə hekayələrin qəbulu başa çatıb.

AZƏRTAC xəbər verir ki, 34 müəllifin 44 hekayəsinin təqdim olunduğu müsabiqənin nəticələri beş ekspert tərəfindən 10 ballıq sistemlə qiymətləndiriləcək. Qaliblər sentyabrın 30-da elan olunacaq. Təqdimetmə mərasiminin isə oktyabr-noyabr aylarında baş tutacağı planlaşdırılır.

Qalib olan hekayə Türkiyədəki beynəlxalq müsabiqəyə göndəriləcək və beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq mükafatlandırma mərasimi isə bu ilin dekabr ayında Almatıda keçiriləcək.

Qeyd edək ki, müsabiqədə mükafat qazanan əsərlərin bütün hüquqları Avrasiya Yazarlar Birliyinə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.