ELM VƏ TƏHSİL
Beynəlxalq Mətbuat Mərkəzində rusdilli jurnalistlər üçün mühazirə oxunub
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyi ilə yaradılmış telekörpü vasitəsilə rusdilli jurnalistlər üçün “Əsas qrammatik normalar və onların istifadəsində səhvlər” mövzusunda mühazirə oxunub.
Telekörpüyə Kişineu və Astananın müvafiq məkanları da qoşulub.
AZƏRTAC xəbər verir ki, Moskva vilayəti Dövlət Universitetinin müasir rus dili kafedrasının müdiri Pavel Lekant tədbirdə çıxış edib. O qeyd edib ki, jurnalistin rus dilinə mükəmməl yiyələnməsi, nitq vahidlərini, sabit söz birləşmələrini bilməsi cümləni düzgün qurmağı və sualı düzgün ifadə etməyi bacarması çox vacibdir.
İvan Fyodorov adına Moskva Dövlət Mətbuat Universitetinin tədris işləri üzrə prorektoru Tatyana Markelova müasir rus dilinin normaları barədə söhbət açaraq vurğulayıb ki, rus dili dünyada ən geniş yayılmış dillərdən biridir.
Sonra P.Lekant və T.Markelova tədbir iştirakçılarının suallarına cavab veriblər.