MƏDƏNİYYƏT


Beynəlxalq Moskva Film Festivalına yekun vurulub

Bakı, 30 iyun, AZƏRTAC

Rusiyada gerçəkləşən 39-cu Beynəlxalq Moskva Film Festivalına yekun vurulub.

Anadolu agentliyinin məlumatına görə, festivalda “Ən yaxşı film” mükafatı Çin kinematoqrafiyasının istehsalı olan “Təpəli güzgü” filminə, “Xüsusi jüri” mükafatı isə Rusiya kinematoqrafiyasının istehsalı sayılan “The Bottomless Bag” filminə verilib.

Türkiyə istehsalı “Sarı isti” filminin rejissoru Fikrət Reyhan isə “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

Qeyd edək ki, festivalın gedişini Moskvada yaşayan həmyerlilərimiz də izləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.