MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzində “Luiziana Caz Ansamblı”nın parlaq çıxışı

Bakı, 27 may, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Yeni Orlean cazı səslənib.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “ADA” Universitetinin dəvəti ilə Amerikanın Luiziana ştatından Bakıya qastrol səfərinə gələn “Luiziana Caz Ansamblı” ötən əsrin ilk 20 illiyində yaranmış musiqi janrının unudulmaz musiqilərini ifa edib.

“Luiziana Caz Ansamblı”nın yaradıcısı, Con Hopkins Universitetinin professoru, “ADA” Universitetinin fəxri doktoru Frederik Stardır. 1980-ci ildə Tuleyna kollecində çalışarkən F.Star caz ansamblı yaradıb və özü də bu ansamblda klarnetdə ifa edib. Ansamblın repertuarını 1930-cu illərin klassik Yeni Orlean cazı təşkil edirdi. Ansambl Amerika və Avropa qitələrində çox məşhurdur. F.Star Bakıya ilk dəfə 1969-cu ildə gəlib. Həmin səfərdə o, məşhur cazmen Vaqif Mustafazadə ilə bir səhnəni bölüşüb.

Ansamblın Beynəlxalq Muğam Mərkəzindəki konserti anşlaqla keçib.

Qeyd edək ki, ansamblın daha bir konserti “ADA” Universitetinin məzun günündə baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.