MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzində Rumıniya xalq musiqisi konserti olub

Bakı, 17 iyun, Flora Şükürova, AZƏRTAC

İyunun 17-də Beynəlxalq Muğam Mərkəzində Rumıniya xalq musiqisindən ibarət konsert olub.

AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub. Konsertdən əvvəl çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku iki ölkə arasında münasibətlərdən, əməkdaşlıq perspektivlərindən danışıb. Qeyd edib ki, enerji, nəqliyyat sahələrində əlaqələr iki ölkəni daha çox yaxınlaşdırır. Azərbaycanın dinamik inkişafını vurğulayan Dan İanku Rumıniyanın ölkəmizlə iqtisadi sahədə əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. Səfir, həmçinin mədəniyyət və təhsil sahələrində əməkdaşlığı inkişaf etdirməyin əhəmiyyətini diqqətə çatdırıb.

Konsert proqramı ilə davam edən tədbirdə nəfəsli alətlərdə Daniel Pop, simli alətlərdə isə Doina Lavrik çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.