MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzində gənc istedadların konserti

Bakı, 22 may, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin 2016- 2017-ci tədris ili üzrə yekun-hesabat konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, Muğam Mərkəzinin dəstəyi ilə keçirilən tədbir görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 95, onun adını daşıyan məktəbinin 55 illiyinə həsr edilib. Tədbirin mərkəzin foyesində baş tutub birinci hissəsində “Odlar yurdu” rəqs qrupu “Qavalla rəqs” və “Azərbaycan süitası” rəqs kompozisiyaları ilə çıxış ediblər.

İkinci hissədə məktəbin şagirdləri Xalq Artisti, dirijor Teymur Göyçayevin rəhbərlik etdiyi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa ediblər.

Onların ifasında F.Əmirovun “Yumoreska” və “Aşıqsayağı”, Niyazinin “Xoreoqrafik vals”, V.Adıgözəlovun “Lay-lay”, A.Məlikovun “Məhəbbət əfsanəsi”, N.Aydəmirlinin “Ballada”, H.Xanməmmədovun “Kamança və orkestr üçün konsert”, İ.S.Baxın “Menuet” və “Skerso”, V.A.Mosartın “Konsert G dur” əsərləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.