MƏDƏNİYYƏT


Beynəlxalq Muzeylər Günü Abdulla Şaiqin mənzil muzeyində də qeyd olunub

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də L. və M.Rostropoviçlərin ev-muzeyi Abdulla Şaiqin mənzil muzeyi ilə birgə Beynəlxalq Muzeylər Günü çərçivəsində “Muzeylər və mübahisəli tarix: mürəkkəb məsələlərdən danışaq” adlı tədbir keçirib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir iki hissədən ibarət olub. Tədbirin birinci hissəsində Abdulla Şaiqin mənzil muzeyinin direktoru Ülkər Talıbzadə nəslinin repressiya dövründəki hadisələri barədə ətraflı məlumat verib.

Sonra Rostropoviçlərin ev-muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Şeyla Heydərova “Hakimiyyətin özbaşınalığı dar fikirli insanların əlində həmişə qəddarlıqla nəticələnir” mövzusunda məruzə ilə çıxış edib. O, M.Rostropoviçin tanıdığı yazıçı-publisist A.Soljenitsın, bəstəkarlardan - S.Prokofyev, N.Myaskovski, D.Şostakoviç, V.Şebalin və digər musiqiçiləri müxtəlif rakursdan daha ətraflı təhlil edib.

Tədbirdə maestronun ifasında repressiya dövründə yazılan D.Şostakoviçin 13 nömrəli simfoniyasından və S.Prokofyevin violonçel üçün simfoniya-konsert əsərlərindən fraqmentlər, həmçinin onun dirijorluğu ilə zorakılığa qarşı həsr olunmuş əsərlərin lent yazıları səsləndirilib.

Ş.Heydərova M.Rostropoviçin o dövrdə Moskva mətbuatının məşhur “İzvestiya”, “Pravda”, “Literaturnaya qazeta”ya yazdığı açıq məktub haqqında maraqlı faktları vurğulayıb və bu məlumatlar qonaqların marağına səbəb olub.

Tədbirdə mövzu ilə əlaqədar nadir şəkillər əsasında hazırlanmış maraqlı slayd-şou təqdim olunub. Slayd-şouda yer alan bəzi şəkillər ilk dəfə istifadə olunurdu.

Sonra M.Rostropoviçin dünya vətəndaşı kimi həmin dövrdə baş verən hadisələrə qarşı mövqeyindən, bu vaxt ərzində onun həyat və fəaliyyətinin bəzi məqamlarından söhbət açılıb.

Tədbir boyunca muzeydə quraşdırılan ekranda İCOM Beynəlxalq Muzeylər Şurasının, beynəlxalq muzeylər gününə həsr olunmuş loqosu olan afişa nümayiş olunub.

Sonda Bakı Musiqi Akademiyasının simli alətlər fakültəsinin dekanı professor Nəcəfqulu Abbaszadə, Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti, bakının rusdilli musiqi icmasının nümayəndələri çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.