SİYASƏT


“Beynəlxalq Ordu Oyunları-2017” çərçivəsində Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini bütün istiqamətlərdə üstələyir

Bakı, 7 avqust, AZƏRTAC

“Beynəlxalq Ordu Oyunları-2017” çərçivəsində Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini bütün istiqamətlərdə xeyli üstələyir.

Bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən deyiblər ki, Azərbaycan hərbçilərinin “Beynəlxalq Ordu Oyunları-2017” çərçivəsində keçirilən yarışlarda uğurlu çıxışı Silahlı Qüvvələrə ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir.

Sevindirici haldır ki, müxtəlif yarışlarda güclərini sınayan hərbçilərimiz 28 ölkə nümayəndələri arasında yüksək göstəricilərə nail olublar. Qürurverici məqamlardan biri də odur ki, oyunların ilkin mərhələsinin nəticələrinə görə Azərbaycan hərbçiləri Ermənistan komandasını bütün istiqamətlərdə xeyli üstələyib.

Xüsusi ilə qeyd etmək lazımdır ki, tank ekipajları, snayperlərimiz və artilleriya heyətləri Ermənistan hərbçilərindən qat-qat yüksək nəticələr göstəriblər. Bu da hərbçilərimizin döyüş hazırlığının, peşəkarlığının, bilik və bacarıqlarının göstəricisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.