CƏMİYYƏT


Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının rəsmiləri arasında görüş keçirilib

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, deputat Novruz Aslanov Macarıstanın paytaxtı Budapeşt şəhərində  səfərdə olub.

AzQAC-dan AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF) milli cəmiyyətlər arasında olan münasibətlərin gələcəkdə inkişaf yolları barədə geniş müzakirə aparmaq idi.

BQXQACF-nin Avropa ofisinin direktoru Simon Missiri və Novruz Aslanov arasında keçirilən görüş zamanı AzQAC ilə Beynəlxalq Federasiya arasında uzun illərdən bəri mövcud olan əməkdaşlıq münasibətləri, bu əlaqələr çərçivəsində görülən işlər və gələcək tərəfdaşlıq perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.