İQTİSADİYYAT


Beynəlxalq Statistika İnstitutunun 61-ci dünya statistika konqresi başa çatıb

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 16-dan 21-dək Mərakeş Krallığının Mərakeş şəhərində keçirilən Beynəlxalq Statistika İnstitutunun 61-ci dünya statistika konqresi öz işini yekunlaşdırıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, BMT-nin Avropa İqtisadi Komissiyasının ekspert qrupunun üzvü olan Almaniya və İsveçrənin statistika qurumlarının nümayəndələri ilə yanaşı tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə də iştirak edib.

Dünya Statistika Konqresi çərçivəsində Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə “Layiqli əməyin ölçülməsi, keyfiyyətli məşğulluq və keyfiyyətli iş yerləri: beynəlxalq standartlar çərçivəsində müqayisəlilik və milli təcrübələr” adlı sessiya da təşkil edilib. Sessiyanın məqsədi layiqli əməyin ölçülməsi, keyfiyyətli məşğulluq və işin keyfiyyəti üzrə beynəlxalq statistik standartlar çərçivəsində müxtəlif növ göstəricilər arasında fərqli cəhətlərin mövcudluğu və bununla bağlı müzakirələrin aparılmasıdır.

Beynəlxalq tədbirdə “Layiqli əməyin ölçülməsi: Azərbaycan təcrübəsi” mövzusunda təqdimat olub və bu sahədə görülmüş işlər haqqında geniş məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.