İQTİSADİYYAT


Beynəlxalq Telekommunikasiya İttifaqı distant təlim kurslarına dəvət edir

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Beynəlxalq Telekommunikasiya İttifaqının Varşava Milli Telekommunikasiya İnstitutu nəzdində Avropa ölkələri üçün şəbəkə texnologiyaları sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması mərkəzi “İnternet şəbəkəsinə simsiz daxilolma texnologiyaları”, “Teletrafik sistemlərinin layihələndirilməsi istiqamətləri üzrə elektron distant təlim kursları təşkil edir. Kurslarda Azərbaycan nümayəndələri də iştirak edə bilər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 3, 4, 24 və 25 noyabr tarixlərində keçiriləcək kurslar müvafiq olaraq təşkilat rəhbərləri, top-menecerlər, layihələndirmə və idarəetmə şöbələrinin işçiləri, menecer, inzibatçı, mühəndis və telekommunikasiya şəbəkələrinin işlənməsi, planlaşdırılması, yaradılması, istismarı və idarəetməsi ilə məşğul olan məsul şəxslər üçün nəzərdə tutulub.

Kursun sonunda təlim zamanı əldə edilən bilik səviyyəsinin yoxlanılması üçün yazılı test təşkil ediləcək və kursu müvəffəqiyyətlə başa vuranlara sertifikatlar veriləcək.

Kurslar barədə ətraflı məlumatı https://szkolenia.itl.waw.pl/wireless-access-technologies-to-internet-network/ 

https://szkolenia.itl.waw.pl/teletraffic-engineering-for-the-internet-analytical-approach/ internet ünvanlarından əldə etmək olar:

Qeyd edək ki, Avropa ölkələri üçün şəbəkə texnologiyaları sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması mərkəzi sentyabrın 26-dan oktyabrın 3-dək “İnternet və innovasiyalardan istifadənin idarəetməsinin əsas aspektləri” üzrə onlayn kurs keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.