MƏDƏNİYYƏT


Beynəlxalq Türk Akademiyası ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumu imzalanıb

Astana, 26 may, АZƏRTAC

Astanada Beynəlxalq Türk Akademiyası ilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumu imzalanıb.

Azərbaycan milli mədəniyyətinin təbliğinə xidmət edəcək əməkdaşlıq memorandumu çərçivəsində müxtəlif səpgili birgə tədbirlərin təşkili ilə yanaşı, tərəflərin qarşılıqlı informasiya dəstəyinin göstərilməsi də nəzərdə tutulur. Müasir qloballaşma şəraitində milli identikliyin qorunması vəzifəsinin vacibliyini nəzərə alaraq tərəflər, eyni zamanda, mədəni irs nümunələrinin təbliği istiqamətində də müxtəlif layihələrin icrasını planlaşdırırlar.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin sözügedən əməkdaşlıq, eyni zamanda, ölkəmizdə kulturologiya elminə qarşı olan ictimai marağı artıracaq. Böyük imkanlara və beynəlxalq çıxışlara malik olan Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlıq mövcud istiqamətdə tədqiqatlar aparan azərbaycanlı alimlər üçün də müxtəlif imkanlar yaradacaq.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.