MƏDƏNİYYƏT


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Azərbaycanın bir sıra tanınmış rəssamları ilə görüş keçirilib

A+ A

Bakı, 30 dekabr, AZƏRTAC

Dekabrın 30-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Fondda Azərbaycanın bir sıra tanınmış rəssamları ilə görüşüb.

Günay Əfəndiyeva rəssamlara Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu barədə məlumat verib, türkdilli dövlətlərin mədəniyyətinin və irsinin mühafizəsinin, tanıdılmasının Fondun əsas məqsədlərindən olduğunu bildirib. Fondun prezidenti, eyni zamanda, türk dünyasının incəsənət adamlarının, sənətkarların, rəssamların yaradıcılığının təşviq edilməsinin qurumun fəaliyyət istiqamətlərindən biri olduğunu söyləyib.

Rəssamlar Fondun fəaliyyətinin türk dünyasının mədəniyyətinin qorunması və təbliği üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Görüşdə əməkdaşlıq perspektivləri, eləcə də gələcəkdə türk dünyasına xas rəsm əsərlərinin toplanacağı bədii sərgilərin keçirilməsinə, kitab və kataloqların nəşr edilməsinə dair maraqlı fikir mübadiləsi aparılıb.

Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Muğam Mərkəzi tərəfindən 2017-ci il üçün hazırlanmış təqvimlər rəssamlara təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.