Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı və coşqun fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının inkişafı, dünya birliyində özünəlayiq yer tutması, ərazi bütövlüyümüzün bərpa olunması naminə Sizin düşünülmüş fəaliyyətiniz nəticəsində əldə edilmiş uğurlar, şəxsən müasir dövrün görkəmli dövlət xadimi kimi beynəlxalq nüfuzunuz bizim yenicə yaranmış Fondumuza da bütün türk dünyasında xüsusi hörmət qazandırır, bizi diqqət mərkəzinə çəkir.

Türkdilli dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş səmərəli siyasətinizə görə Sizə təşəkkür edir və bir daha ürəkdən təbrik edirik.

 

Dərin hörmətlə,

Günay Əfəndiyeva

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin